Kriminal
Azərbaycanda 25 yaşlı oğlanı sevgilisinin ailəsi diri-diri yandırdı - ŞOK TƏFƏRRÜAT
Bərdə rayonunda 25 yaşlı oğlan yandırılıb.
Publika.az xəbər verir ki, Bərdə şəhərində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Eyvazov Əliəhəd Mehman oğlu bədəninin müxtəlif nahiyələrindəki 1,2 və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, gənc oğlanın üstünə spirt tökülərək yandırılıb və İlkin tibbi yardımdan sonra o, Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.
İlkin araşdırmalardan sonra məlum olub ki, Ə.Eyvazov sevdiyi qızın ailəsi tərəfindən yandırılıb. Belə ki, xeyli vaxtdır, Bərdədə tanınmış iş adamlarından olan, müxtəlif tibb obyektlərinin sahibi olan şəxsin qızı ilə sevgi münasibəti yaşayan gənc oğlan qız tərəfinin təkidli dəvəti ilə Bərdəyə gəlib. Qızgilin evində olarkən Ə.Eyvazova qızla nikaha daxil olmalı olduğu bildirilib. Bu zaman tərəflər arasında narazılıq yaranıb və 25 yaşlı Əliəhədin üstünə spirt tökülərək ona od vurulub.
Hadisədən dərhal sonra Ə.Eyvazovun anası Bərdəyə gəlib və baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Araşdırmalar davam etdirilir.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur









.jpg)


























.jpg)
.jpg)

