Kriminal
Bakıda ərini yatdığı yerdə öldürən Günayla bağlı DƏHŞƏTLİ FAKTLAR
Hüquq müdafiəçisi Mehriban Zeynalova martın 7-nə keçən gecə Yeni Suraxanıda həyat yoldaşını yatdığı yerdə qətlə yetirən qadınla bağlı bəzi faktları açıqlayıb.
Publika.az xəbər verir ki, M.Zeynalova ailədə daim zorakılıq edən həyat yoldaşını öldürən Günay Şıxəliyevanın 15 il mütamadi zorakılığa məruz qalsa da, bir dəfə də polisə müraciət etmədiyini deyib: "5-6 il bundan öncə əri xanıma bıçaq xəsarəti yetiridiyi halda yenə də faktı gizlədib. Axrıncı dəfə qətldən əvvəl qəddarcasına döyüldüyü, hətta uşağı boğmağı deyilir (uşaq ekspertiza edilib). Qonşular bu vəhşiliyin şahidi oluduğu halda susub ( qorxurduq deyirlər). Beləcə, bu cinayətin baş verməsində susmaqla şərait yaradılıb".
M.Zeynalova qadınlara müraciət edərək deyib: "Zorakılıq gördüz dərhal polisə müraciət edin. Əgər bu xanımın mütamadi polisə müraciəti olsaydı düşünürəm onun cəzasının yüngülləşməsidən yox tam azad olmasından danışmaq olardı".
Qeyd edək ki, Martın 7-də saat 05 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxaəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Günay Şıxəliyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Ailənin 2 yeniyetmə övladı var.
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...









.jpg)



.jpg)





















.jpg)
.jpg)

