Kriminal
Sarayda əməliyyat: Müqavimət göstərən narkokuryer tutuldu - VİDEO
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Publika.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat zamanı Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Elbrus Əliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərinə, eləcə də idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 1 kiloqram 40 qram olan narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Qeyd edək ki, Elbrus Əliyev saxlanılan zaman müqavimət göstərərək qaçmağa çalışsa da, polis əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində onun tutulması təmin edilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Elbrus Əliyev qonşu ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun təklifi nəticəsində narkokuryerliyə cəlb edilib. Onun əsas məqsədi əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək olub.
Elbrus Əliyev ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf ediblər.
Faktla bağlı Saray Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi









.jpg)






.jpg)




















.jpg)

.jpg)