Kriminal
Sabiq rəis müavininin oğlu direktoru niyə öldürdü? - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, dünən polis rəisinin müavini olmuş polkovnik-leytenant Mirtağı Bağırovun oğlu Mirhadi Bağırov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Ziyad Əhmədovu iş otağında bıçaqlayaraq öldürüb.
Publika.az xəbər verir ki, "qaynarinfo"ya Ziyad Əhmədovun öldürülməsi ilə bağlı bəzi məlumatlar daxil olub.
Belə ki, bir il əvvəl DAİM-də mühasib kimi fəaliyyətə başlayan Mirhadi Bağırov mütəmadi olaraq işindən yayınırmış. Bir neçə dəfə Ziyad Əhmədovun ona xəbərdarlıq etməsinə baxmayaraq, Mirhadi Bağırov işə məsuliyyətli yanaşmayıb.
Bir müddətdir işə gəlməyən Mirhadi Bağırov dünən DAİM binasına daxil olan zaman Ziyad Əhmədov ona "sən niyə işə gəlmirsən?” iradını bildirib. Bundan sonra onların arasında mübahisə yaranıb.
Mübahisə Ziyad Əhmədovun kabinetində də davam edib. Biraz keçdikdən sonra Mirhadi Bağırov bıçaqla Ziyad Əhmədovu kabinetində qətlə yetirib.
Goranboy rayon Baytarlıq İdarəsinin rəisi Elsəvər Hüseynov "Qaynarinfo"ya açıqlamasında bildirib ki, Ziyad Əhmədov heç vaxt iş zamanı təhqiramiz ifadələr işlətməyib: "İdarədaxili söz-söhbətlər bəzən olurdu. Amma biraz keçdikdən sonra Ziyad Əhmədov özü adamın könlünü alırdı. O, sadəcə işi tələb edirdi. Mübahisələri əsasən işə gəlməmək üstündə olub. Başqa nəyə görə ola bilər ki? Buna görə adam bıçaqlayıb öldürərlər? İşə gəlirsən, gəl. Gəlmirsənsə, çıx get. Kim səni məcbur edib? ”.
Elsəvər Hüseynov bildirib ki, Ziyad Əhmədovu öldürən mühasib subay olub: "Ziyad Əhmədovun ailəsi-uşağı var idi. Əgər Ziyad Əhmədov onu incidirdisə, gedib hüquq-mühafizə orqanlarına şikayət verə bilərdi".
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO


















.jpg)

.jpg)
















.jpg)


