Kriminal
Bakıda narkokuryerlərə qarşı əməliyyat - VİDEO
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər tutulub.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, əməliyyat zamanı paytaxt sakinləri Ceyhun Rufullayev, Nəsimi Babayev və Rüfət Quliyev saxlanılıblar.
Onların üzərindən satış üçün hazır şəkildə qablaşdırdıqları narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.
Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birinin vətəndaşının təsiri altına düşərərək ölkə ərazisində narkokuryerliklə məşğul olduqları və həmin şəxsin qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə avtomobillərdən oğurluqlar edən şəxs saxlanılıb.
Belə ki, Polis Şöbəsinə rayon ərazisində “Nissan” markalı bir avtomobildən 1 000 manat dəyərində çantanın oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəvan Abdullayev müəyyən edilərək saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda Nəsimi və Yasamal rayonlarında 9 avtomobildən ümumilikdə 2 424 manat pul, bankomat kartları, 1150 manat dəyərində eynəklər, mobil telefonlar, içərisində 150 manat dəyərində qızıl sırğa və 2 ədəd yaddaş kartı olan çanta, eləcə də kosmetik əşyalar oğurlaması müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər istintaqa cəlb olunublar.
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin130 May 22:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
İdman30 May 20:36Əfsanə geri dönür?
-
Sosial30 May 20:24Depressiya görün necə müalicə edilir - Tibbdə yenilik
-
Magazin130 May 20:12Qızları Rəvanın toyunda - VİDEO



























.jpg)









