Kriminal
Bakıda taksi sürücüsü kimi narkokuryerlik edənlər tutuldu - FOTO/VİDEO
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən xarici ölkələrdə yaşayan narkotacirlər üçün paytaxt ərazisində narkokuryerlik edən şəxslərə qarşı növbəti əməliyyat həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, İdarəyə Xəzər rayon sakinləri Əliheydər Əşrəfov və Rəşad Dadaşovun diqqət cəlb etməmək üçün taksi fəaliyyəti görüntüsü yaradaraq əslində paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirdikləri barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən tədbir nəticəsində hər iki şəxs saxlanılaraq Baş İdarəyə gətirilib. Rəşad Dadaşovun idarə etdiyi avtomobilə baxş zamanı Əliheydər Əşrəfova məxsus ümumi çəkisi 5 kiloqram 15 qram, o cümlədən, 1 kiloqram 220 qram marixuana, 1 kiloqram 730 qram həşiş qətranı və 2 kiloqram 65 qram tiryək aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Əliheydər Əşrəfov və Rəşad Dadaşov narkotik vasitə aludəçisidirlər. Onlar sosial şəbəkələrdə tanış olduqları və xarici ölkədən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən narkotacirin narkokuryerlik təklifi ilə razılaşaraq bu işlə məşul olublar. Əvəzində isə hər iki şəxs maddi vəsait, eləcə də pulsuz narkotik vasitə əldə ediblər
Aşkar edilən faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, onların ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur









.jpg)


























.jpg)
.jpg)

