Kriminal
Bakıda "TikTok"da yazılmış sözlərə görə öldürülən şəxs qazi imiş - FOTO/YENİLƏNDİ
Noyabrın 9-u saat 17 radələrində Bakı şəhər Nizami rayonu Qara Qarayev prospektində 1991-ci il təvəllüdlü Natiq Ramazanovun qətlə yetirilməsi ilə bağlı bəzi faktlar üzə çıxıb.
Publika.az xəbər verir ki, “TikTok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev tərəfindən qətlə yetirilən Natiq Ramazanov Vətən Müharibəsi qazisi olub və müharibədə leytenant rütbəsi ilə iştirak edib.
Hadisəyə gəlincə, "Tiktok"dakı müzakirələr zamanı müəyyən kəsim dindarlar barəsində kinayə və təhqiramiz formada şərhlər yazan Natiq həmin dindarların kəskin reaksiyası ilə üzləşib. Daha sonra onlar Nizami rayonu, Q.Qarayev prospektində görüşməklə bağlı razılığa gəliblər. Üzbəüz gələn kimi Ə.Musayev özü ilə gətirdiyi bıçaqla natiqin budunun yuxarı hissəsinə xəsarət yetirib, çoxlu qan itirən 30 yaşlı şəxs vəfat edib.
Hadisəni törədən və qətlə yetirilən şəxsin fotolarını təqdim edirik.
*****
09:54
Noyabrın 9-u saat 17 radələrində şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan Publika.az-a bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov “TikTok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi









.jpg)




.jpg)





















.jpg)

.jpg)
