Bakının mərkəzində 8 dəfə həbsxanaya düşmüş şəxs niyə öldürüldü? – ŞOK TƏFƏRRÜAT/VİDEO
Bizi izləyin

Kriminal

Bakının mərkəzində 8 dəfə həbsxanaya düşmüş şəxs niyə öldürüldü? – ŞOK TƏFƏRRÜAT/VİDEO

Video əlavə edilib.

xxx

Bu il avqustun 13-ü saat 15 radələrində Nəsimi rayonu, İbrahim Əbilov küçəsində yerləşən "Məşədi Dadaş" məscidinin qarşısında 43 yaşlı Dadaş Həmzəyevin qətlə yetirilməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Ucar rayon Alpout kənd sakini, 38 yaşlı Məhəmməd Rəhimov barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə açılmış işin istintaqı zamanı qətlə yetirilmiş şəxsin daha əvvəl 8 dəfə həbsxana həyatı yaşadığı (narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə) məlum olub. Hadisəni törədən M.Rəhimov isə 2008-ci ildə quldurluq törətdiyinə görə həbs edilib və 2015-ci ildə azadlığa çıxıbmış.

Bildirilib ki, qətl hadisəsi Kubinkada “söküntü” adlanan ərazidə yığışan və narkotik vasitələrdən daimi istifadə edən Dadaş Həmzəyevin Məhəmməddən aldığı pul qarşılığında ona narkotik verməməsi səbəbindən baş verib. Belə ki, D.Həmzəyev Kubinkaya narkotik almağa gələn şəxsdən pul alaraq uzaqlaşıb, lakin o geri qayıtmayıb. Bir müddət Dadaşı axtaran Məhəmməd onu tapa bilməyəcəyini görərək gedib. Hadisədən bir neçə gün sonra Məhəmməd Rəhimov yenidən Kubinkaya gələrək “kakos” adlanan anrkotik maddə almaq istəyib və bu dəfə Dadaşla rastlaşıb. Ondan verdiyi pulu istəyən Məhəmməd Dadaşın narkotik gətirəcəyi ilə bağlı vədinə inanaraq ona yenidən pul verib. Bu dəfə də Dadaş Həmzəyev pulu götürərək qaçıb və geri qayıtmayıb. Bundan sonra M.Rəhimov Dadaşı öldürmək qərarına gəlib. O, istintaqa ifadəsində deyib:

“2015-ci ildə isə azadlığa buraxılandan sonra narkotik vasitə istifadə etməyə başlamışam. 2021-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan əraziyə narkotik vasitəni əldə etmək üçün getmişdim. Kubinka ərazisində dükanın qarşısında ağrılarım olduğu üçün dayanmışdım, 10-15 dəqiqədən sonra adını sonradan bildiyim “Dadaş” adlı şəxs yaxınlaşaraq, nə isə lazım olduğunu soruşduqda ona narkotik vasitə, yəni “kokos” istədiyimi bildirdim. Buna görə də ona 13 manat pul verdim. Dadaş mənə orada dayanıb gözləməyimi bildirdi, lakin narkotik vasitəni kimdən alacağı barədə heç nə demədi. Pulu Dadaşa verdikdən sonra o uzaqlaşdı. Bir müddət gözləsəm də, Dadaş geri qayıtmadı. Bundan sonra Dadaşı axtardım, lakin tapa bilmədiyimdən məcbur olub oradan çıxıb getdim. 13 avqust 2021-ci il tarixdə səhər saatlarında narkotik vasitə almaq üçün yenidən Kubinka ərazisinə getdikdə orada yenidən Dadaşla qarşılaşdım. Əvvəl Dadaşdan verdiyi pulun müqabilində narkotik vasitəni niyə vermədiyini soruşduqda o, polislər tərəfindən tutulduğunu dedi. Həmin vaxt 8 manat pulumun olduğunu, ağrıdığımı, narkotik vasitəyə ehtiyacı olduğumu Dadaşa söylədim və 8 manat pulu ona verdim. Bundan sonra Dadaş yanımdan uzaqlaşdı. Həmin gün günorta saatlarına qədər Dadaşın narkotik vasitəni gətirməsi üçün həmin ərazidə onu axtardım, lakin tapa bilmədim. Təxminən saat 15 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Məşədi Dadaş” məscidinin yaxınlığında Dadaşı görüb ona yaxınlaşdım. Dadaşdan ya verdiyi pulu geri qaytarmasını, ya da narkotik vasitəni verməsini tələb etdim. Dadaş ilk öncə, verdiyim pulu qaytaracağını söyləsə də, sonradan üzərində pul olmadığını, geri qaytarmayacağını dedi. Dadaşın məni aldatdığını görüb cəzalandırmaq üçün cibimdə olan bıçağı çıxardıb onun üzərinə getdim, Ürək nayihəsinə bir dəfə vurdum”.

Dadaş Həmzəyevin bıçaqlanmasından sonra ərazidə olan və narkotik vasitə istifadəçisi olan Jalə adlı qadın və digər şəxslər onu Kliniki Tibbi Mərkəzə çatdırıb. Lakin D.Həmzəyevin həyatını xilas etmək mümkün olmayıb.

Qətlə yetirilən şəxsin qardaşı ifadəsində Dadaşın uzun illər narkotik vasitə istifadə etdiyini, dəfələrlə müalicə edilsə də sağalmadığını, 7-8 dəfə narkotik vasitələrə görə məhkum edildiyini bildirib. O qeyd edib ki, axırıncı dəfə 2019-cu ildə həbsxanadan çıxan Dadaş Kubinkaya ata evinə gəlib və bank borcuna görə evin satıldığını görüb. Bundan sonra küçələrdə, eləcə də yaxınlıqdakı senaqoqd gecələyən Dadaş tüfeyli həyat tərzi sürüb və narkotik qəbul etməyə davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Dadaş Həmzəyevi öldürən Məhəmməd Rəhimovun 17 il müddətinə azadlıqdan məhrum edilməsinə, cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə hökm edib.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm