Kriminal
Azərbaycanda saxta pul kəsən sevgililər tutuldu - FOTO
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, dekabrın 23-də iki nəfər taksi sürücüsünə və çörək sexinə 20 manatlıq saxta əsginaslar verilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə, eləcə də polis şöbəsinə müraciətlər daxil olub.
Daxil olmuş müraciətlərlə əlaqədar keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulları dövriyyəyə buraxmaqda şübhəli bilinən Bərdə rayon sakini Şamil Musayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Ağdam şəhər sakini İlahə Məmmədova saxlanılıb.
İ.Məmmədovanın Mingəçevir şəhərində kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman oradan printer avadanlığı və ümumilikdə 49 ədəd 50, 20, 5, 1 manatlıq saxta əsginaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı məlum olub ki, Ş.Musayev printer vasitəsilə saxta pulları çap etdikdən sonra onları İlahə ilə öz arasında bölüşdürüb. Daha sonra ayrı-ayrılıqda taksi sürücülərinə və mağazalara həmin əsginasları təqdim ediblər.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.
Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, eləcə də Mingəçevir ŞPŞ-nin (024)275-26-04 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


