Kriminal
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi - YENİLƏNDİ
Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən Aydın Babayevin paytaxtın Səbail rayonu ərazisində gizləndiyi məlum olub.
Daxili İşlər Nazirliyindən Publika.az-a bildirilib ki, dərhal əraziyə polis əməkdaşları cəlb edilib.
Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərəsizləşdirilib.
Hadisə yerindən A.Babayevə məxsus tapança aşkar edilərək götürülüb.
Aydın Babayev Çevik Polis Alayının iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçmışdı.
xxx
Bakıda polis əməkdaşlarının bıçaqlanmasının təfərrüatları məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, dünən saat 17:00 radələrində vətəndaş Məlahət Şükürova Daxili İşlər Nazirliyinin “102” çağırış xidmətinə müraciət edərək bildirib ki, tanışı Aydın Babayev tərəfindən qol və qarın nahiyələrindən bıçaq xəsarətləri alıb.
Məlumatla əlaqədar Çevik Polis Alayının iki əməkdaşı Məlahət Şükürovanın qeyd etdiyi ünvana gedbi. Onlar həmin ünvanda Aydın Babayevi nizam-intizama dəvət edərək, polis bölməsinə aparmaq istəyiblər.
Bu zaman Aydın Babayev Çevik Polis Alayının hər iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.3 və 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanılıb. Hazırda Aydın Babayevin tutularaq istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
xxx
Bakıda Çevik Polis Alayının 2 əməkdaşı bıçaqlanıb.
Publika.az">Publika.az xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Ərazidə növbə çəkən Eldəniz və Coşqun adlı polis əməkdaşları (soyadları dəqiqləşdirilir-red) bıçaqlanıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların birinin ürək nahiyəsində, digərinin isə qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.
Hadisənin təfərrüatı araşdırılır. ("Report")
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR








































