Kriminal
"Məclisdə onu qıcıqlandırıblar" - Rəşadın jurnalist QOHUMU/VİDEO
Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı İskəndər Mehtiyevi bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı meyxanaçının bibisi qızı, jurnalist Könül Aypara "Təsir dairəsi" verilişinə telefonla qoşularaq açıqlama verib.
"Onun bibisi qızı olsam da, qohumu kimi çıxış etməyəcəyəm, kənardan bir şəxs kimi danışacağam. Rəşad elə bir insandır ki, qarışqanı belə tapdalamayacaq xasiyyətə malikdir. O, çox ziyalı bir ailənin nümayəndəsidir. Özü isə çox təfəkkürlü bir insandır. Qeyrətli, əsl vətənpərvər oğuldur. Bu elə bir hadisədir ki, heç kimin ağlına gəlməyəcək işdir. Səhərimizi çox pis qarşıladıq. Hazırda pis vəziyyətdəyəm. Ailəsinin yanından gəldim.
Onun övladı Yusif telefona bax-baxa, göz yaşları içində internetdə hadisəni axtarır... Bu, çox pis bir şeydir. Onun övladı 5 dil bilir, xarici təhsil alır, çox ağıllıdır. Onu bu dəqiqə sakitləşdirib gəlmişəm. Anası, yoldaşı da yaxşı deyil. Belə vəziyyətdə kim yaxşı ola bilər ki?"
Rəşadın bibisi qızı mübahisələrə səbəb olan meyxanadakı "Polis bu işin sonuna çıxar" sözlərinə belə münasibət bildirib:
"İnsanı o vəziyyətə, affekt halına salmaq iki vur ikidir. Kişiyə qarşı söyüş işlətmək, əxlaqsız, ədəbsiz fikirlər söyləmək, tənqid, təhqir etmək, mənə elə gəlir ki, bunu heç bir Azərbaycan kişisi qəbul etməz. Elə bir vəziyyət olub ki, o, özünü müdafiə etmək istəyib, affekt halına düşüb və belə bir hadisəni törədib. Çünki Rəşadın ailəsində, nəslində, kökündə qətllə bağlı, ümumiyyətlə həbslə bağlı heç kim yoxdur. Qınamıram, olanda olur, amma belə bir şey baş verməyib ki, o da bunun davamçısı olsun. Bizim nəsil-nəcabətdə ilk belə hadisədir. Özünü itirib, affekt vəziyyətinə düşüb və özünü müdafiə etmək üçün belə bir iş görüb. Bəlkə indi də peşmandır ki, "Nahaq etdim". Amma artıq, iş olub, keçib".
O, məsələnin narkotiklə bağlı olub-olmamasını polisin araşdırdığını bildirib:
"Hazırda bu işlə bağlı istintaq gedir, vəkillər özləri məşğuldur bu işlə. Yəqin ki, araşdırılıb, deyilər".
Hadisənin ardından qətlin maşında törədilməsi ilə bağlı iddialara isə Könül bu sözlərlə cavab verib.
"Bunu yəqin ki, polis daha yaxşı bilər. Biz ətraflı bir şey bilmirik. Orada olub, ya kənarda. Biz hadisədən kənardayıq".
O, Rəşadın təslim olmazdan əvvəl ailəsi ilə görüşüb, nəsə deməsi ilə bağlı sualı da cavablandırıb:
"Yox, ailənin bundan heç xəbəri olmayıb. Səhərə yaxın xəbər tutublar. Haradasa məclisdə olub, orada onu qıcıqlandırıblar. Ona zəng vurublar, xoşagəlməz sözlər deyiblər və o da soruşub "Haradasınız?", gedib görüşə. Belə...".
(Axşam.az)
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO







































