Azərbaycan şirkətində "HOLLİVUD SSENARİSİ": mühasib Nellinin şok əməllərini İFŞA ETDİ
Bizi izləyin

Kriminal

Azərbaycan şirkətində "HOLLİVUD SSENARİSİ": mühasib Nellinin şok əməllərini İFŞA ETDİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə müdirinin etibarından sui-istifadə edərək onu külli miqdarda (423 min dollar) talayan, bununla kifayətlənməyib cinayətin izini itirmək üçün müdirini zəhərləyib öldürmək istəyən Nelli Fabriçnayanaın məhkəmə prosesi davam etdirilib.

Publika.az xəbər verir ki, bu dəfəki proses çoxsaylı şahidlərin dindirilməsi ilə yadda qalıb.

Əvvəlcə şahid qismində "Murov" şirkətinin baş mühasibi Suqra Həsənova sərbəst ifadə verdi. Baş müsahibin təqsirləndirilən şəxs haqqında dedikləri proses iştirakçılarının heyrətinə səbəb oldu. Uzun müddət müttəhimlər kürsüsündə əyləşən N. Fabriçnaya ilə birgə işlədiyini və onun törətdikləri silsilə əməlləri sadaladıqca sanki N. Fabriçnyanaın məqsədli şəkildə həmin şirkətə gəldiyi və əsas niyyətinin Əfqan Zeynalovu təkcə talamaq deyil, fiziki olaraq aradan götürmək olduğu görüntüsü yaranırdı. S. Həsənova N. Fabriçnayanın iş prosesində hamı ilə gərgin atmosfer yaratdığı, heç bir əməkdaşın şirkətin rəhbəri ilə təmasa girməsinə imkan verməməsi, şirkətdə intriqa və münaqişə ab-havası yaratması, Ə. Zeynalova məxsus mobil telefonun nömrəsini öz telefonuna köçürərək onu mütəmadi dinləməsi və kimlərlə təmasda olduğunu müəyyənləşdirib sonradan onlardan bəziləri ilə şübhəli əlaqəyə girməsi barədə danışdıqları, bu azmış kimi müdirini müflis etmək üçün hətta bank kartlarına qanunsuz yolla müdaxilə üçün ağılagəlməz üsullara baş vurması barədə danışdıqları "Murov" şirkətində gerçəkdən Hollivud filmlərinin ssenarisi olacaq bir olay yaşandığını ortaya qoyurdu. Baş mühasib sonda Nelli Fabriçnayanın Ə. Zeynalova məxsus 423 min dollar pulu oğurladığını etiraf edərək bununla bağlı onun iştirakı ilə heç bir təzyiq edilmədən qəbz yazması və müdirini dərmanlarla necə zəhərləməsi haqqında məlumat verdi. Maraqlıdır ki, baş mühasib sözünü bitirəndən sonra hakim həm təqsirləndirilən şəxsə, həm də onun müdafiəçisinə sual vermək üçün üz tutanda Nelli Fabriçnaya heç bir sualının olmadığını bildirməklə baş mühasibin iddialarını susmaqla təsdirləmiş oldu. Təqsirləndirilən şəxsin vəkilininsə həmişəki kimi prosesə aid sual vermək əvəzinə yersiz atmacalarına və hətta hakim korpusuna sataşmasına prosesə sədrlik edən F. Qəniyev çox sərt reaksiya verdi və belə davam edəcəyi təqdirdə vəkillə bağlı qanunvericiliyin tələb etdiyi cəza tədbirləri görüləcəyi ilə bağlı xəbərdarlıq etdi.

Daha sonra "Bank Respublika"nın nümayəndəsi ifadə verdi. Bankın xanım əməkdaşının sözlərindən belə anlaşıldı ki, şirkətin rəhbərinə aid bank kartından əlavə N. Fabriçnayada da həmin kartın kopiyası, daha doğrusu, bank dili ilə desək, əlavə kart varmış və Nelli xanım Ə. Zeynalovun xəbəri olmadan həmin kart vasitəsilə istədiyi qədər pulu çıxarıb "lazımi yerlərə" xərcləyə bilirmiş.

Prosesdə növbəti ifadə verən zərərçəkənin qardaşı Mamed Zeynalov oldu. Mamed Zeynalov bacısının ona zəng etdiyindən və Əfqanının ölüm döşəyində olduğunu bildirməsindən danışdı. Dərhal rayondan Bakıya gələn M. Zeynalov qardaşının zəhərlənmədən anlaqsız vəziyyətdə olduğunu və həyat əlamətlərinin get getə itməyə başladığını faktlarla sadaladı. O, qardaşını agır vəziyyətdə həkimə apardığını bildirdi və N. Fabriçnayanın müdaxiləsini, yəni Əfqanı məhz onun tanıdığı həkimə aparılması təkidinə sərt təpki verərək onu ümumiyyətlə Əfqana yaxın buraxmamasına Nellinin necə hirsləndiyini və hətta maşının qapısını çırpdığını söylədi.

Sonra söz alan Əfqan Zeynalov hakimdən ona qarşı bir necə epizodda tərədilən ağır cinayətin yenidən hərtərəfli araşdırılması üçün təkrar istintaqa qaytarılmasını xahiş etti. Hakim növbəti proseslərdə bu vıəsatrətə qiymət veriləcəyini bildirdi.

Qeyd edək ki, proses uzun çəkdiyindən N. Fabriçnayanın cinayət ortağı olan şirkətin sabiq xadiməsi Mehriban Atakişiyevanın bacısı Məlahətin dindirlməsi növbəti məhkəmə prosesinə qaldı.

Qeyd edək ki, növbəti məhkəmə prosesi noyabrın 21-ə saat 14.45-ə təyin edildi.

Xatırladaq ki, Əfqan Zeynalov Birinci Qarabağ Müharibəsinin Qazisidir və 44 günlük Vətən Müharibəsində orduya etdiyi sanballı yardıma görə Müdafiə Nazilriyinin rəhbərliyinin fəxri fərmanı ilə təltif edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm