Kriminal
“Tərtər işi" ilə bağlı YENİLİK: bu şəxslərə təzminat ödənəcək
“Azərbaycan Respublikasının Baş Prokurorluğunda dəyişiklər edildikdən sonra “Tərtər işi”nə yenidən baxılması ilə bağlı qərar verilib. Qeyd edim ki, “Tərtər işi” həm şəxsən Baş prokurorun, həm də Baş prokurorun birinci müavini Elçin müəllimin nəzarəti altında bu hadisələrə baxış bucağı dəyişdirilib. Baş prokurorluğun açıqlamasına görə, “Tərtər işi” üzrə zərər çəkənlərin sayı artıq dörd yüz nəfərdən çoxdur. Sevindirici haldır ki, bu şəxslərin bir çoxları barəsində Baş Prokurorluq tərəfindən işlərin yenidən araşdırılması zamanı ədalətli qərarlar qəbul olunub”.
Publika.az xəbər verir ki, bu sözləri "Globalinfo.az"ya açıqlamasında hüquq müdafiəçisi Çingiz Qənizadə “Tərtər işi” ilə bağlı bəraət qazanan şəxslər haqda danışarkən deyib.
O bildirib ki, aparılan proseslər onu göstərir ki, bu işin araşdırılması üçün prokurorluq öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir:
“Sual yaranır, bəraət alan şəxslərin haqsız yerə həbs edilmələri ilə bağlı hansı hüquqi addım atmaq imkanları var? Vətəndaşın haqqıdır ki, ona dəyən zərərlərin ödənilməsi ilə bağlı aidiyyatı quruma müraciət etsin. Bəraət almış şəxslərin hər biri bu addımı ata bilər və bundan ötrü də Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müəyyən miqdarda bu vəsaiti ödəyəcəkdir. Ödəniləcək məbləğ isə məhkəmənin öhdəsinə buraxılır və məhkəmə qaldırılan iddialar əsasında, faktlar araşdırıldıqdan sonra təzminatın həcmini müəyyən edir”.
Ç.Qənizadə bildirib ki, “Tərtər işi” sıradan bir cinayət işi deyildi:
“Bu, milli və bir əxlaq məsələsi idi. “Tərtər işi” ilə bağlı baş verən hadisələr, insanlara qarşı törədilən zülmlər, vəhşiliklər, qanunsuz hərəkətlər, qanunsuz həbslər və barələrində qanunsuz hökm çıxarılmalar Azərbaycan hüquq mühafizə orqanları üçün o qədər də baş ucalığı gətirən hal deyildi. Hesab edirəm ki, hazırda Azərbaycan Respublikasının Baş Prokurorluğu, hüquq mühafizə orqanları həm də üzərinə düşən bu ləkəni təmizləməklə məşğuldur. İnsanlar da bu addımı ürəkdən alqışlayırlar və bu prosesin davamlı olacağına inanıralr”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi









.jpg)




.jpg)




















.jpg)

.jpg)
