Kriminal
İran Fazil Mustafanı buna görə hədəf aldı - Saleh İldırım AÇIQLADI
Azərbaycan İran agentlərini ifşa edib, fəaliyyətlərini məhdudlaşdırdığından Tehran intiqam üçün fürsət gözləyirdi. Bu səbəbdən də Fazil Mustafaya sui-qəsd cəhdi həyata keçirdi.
Publika.az xəbər verir ki, bu sözləri axar.az-a Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sədri Saleh İldırım deyib.
O bildirib ki, sui-qəsd təşkilatçılarının əsas hədəfi millət vəkilini öldürmək olub:
"Yaxşı ki, küçədən tutduqları terrorçuları bacarıqsız çıxdı. Bu zamana kimi Tehran Azərbaycan ziyalıları haqqında hökmlər çıxarıb, onların həyatına son qoymağa çalışıb. İran yenildikcə, zəif düşdükcə daha da çırpınır. Qafqazı itirdi, gözünün önündə Zəngəzur dəhlizi həll olunmaq üzrədir, ermənilər Azərbaycanın şərtlərinə boyun əyir. Bunları anlayan molla rejimi çarəsizlikdən ürəyini belə soyudur. Əlbəttə, bu terrorla bizi qorxuda bilməz, Güney Azərbaycan türkü meydanlardadır".
O, Fazil Mustafanın hədəfə alınmasının səbəblərindən də danışıb:
"Fazil bəy İranın kabusu olan Güney Azərbaycan məsələsinə işarə etdiyi üçün hədəfə alınmışdı. İşğalçı rejim ona müxalif olan hər kəsi, hətta başqa millətin nümayəndəsini terror yolu ilə susdurmağa çalışır. Fazil Mustafa Güney azərbaycanlılar haqqında ən çox danışan şəxslərdən biridir. Onu Güney Azərbaycanda çox sevir və dəstəkləyirlər".
Partiya sədri Azərbaycan Respublikasının güclənməsi və Güneyin müstəqillik qazanmasının İranın əsas qorxusu olduğunu bildirib:
"İranın qorxusu Güney Azərbaycanı itirməkdir. Bu gün ərəblər, bəluclar, kürdlər bizim arxamızdadır. Bunların hamısı olmasa belə, Güney Azərbaycan İranı məhv etməyə yetər. Günü-gündən bu proses yaxınlaşır. İranda yaşayan qeyri-fars millətləri bildiriblər ki, İran-Azərbaycan qarşıdurması bizim də qarşıdurmamızdır. İran Azərbaycanla hər hansı çatışmaya keçərsə, biz Azərbaycanın yanında olacağıq. Bu səbəbdən İran kabuslu günlərini yaşamaqdadır. Hakimiyyətlə yanaşı, müxalifəti də qorxur. Müxalifət çalışır ki, xaricdə hər hansı ittifaq, alyans quraraq, dövləti inqilab olmadan ələ keçirsin. Bəziləri İranı qorumaq üçün çevriliş tərəfdarıdır. Lakin bu çabaların bir mənası yoxdur. İranda yaşayan xalqlar, başda da Güney Azərbaycan olmaqla, öz haqlarını əldə edib, bölgədə sülhü bərqərar edəcək".
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































