Kriminal
Ağadadaş Ağayevə bu qədər həbs cəzası verilə bilər - İTTİHAM
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artistinə ittiham aktı elan edilib.
Ağadadaş Ağayev ittihama görə özünü təqsirli bilməyib. Təqsirləndirilən Xalq artistinə sərbəst ifadə üçün söz verilsə də, buna hazır olmadığı üçün məhkəmədən vaxt istəyib. Onun vəkili də müvəkkilinin ifadəsinə hazırlaşmağı üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 3-nə təyin olub.
Qeyd edək ki, müğənni ilə mühafizəçinin hər ikisinə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.
Onlar bu maddə ilə təqsirli bilindikləri halda 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilərlər. Onu da bildirək ki, zərərçəkən kimi hospitalın əməkdaşı Nəzakət Paşayeva tanınıb.
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu - Naxçıvanda nə baş verir?
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir
-
Maraq dünyası09:12Bu bürclərə şad xəbər
-
Ekologiya08:45Azərbaycana sərt qış gəlir: Bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI














.jpg)





















