Dəb
Məryəm Üzerli Venesiya Film Festivalında libası ilə GÖZ QAMAŞDIRDI – FOTO
Məşhur aktrisa Məryəm Üzerli Venesiya Film Festivalında bütün diqqətləri öz üzərinə toplaya bilib.
Publika.az xəbər verir ki, aktrisa 3 gün ard-arda festivalda iştirak edib. O, hər gün üçün müxtəlif dəbdəbəli ziyafət libasları seçib.
“Möhtəşəm 100 il” serialı ilə böyük şöhrətə qovuşan kino ulduzu bütün obrazlarında Hürrəm Sultanın stilinə istinad edib. O, ilk çıxışı üçün “Tony Ward” moda evindən üzəri qaşlarla işlənmiş bej rəngli libas seçib.
İkinci gün Məryəm yenə eyni markadan seçdiyi yaşıl və olduqca cəlbedici axşam paltarında çıxıb. Bu geyimin dəyəri təxminən 20 min manatdır.
Üçüncü gün isə aktrisa bəyaz libası ilə göz qamaşdırıb. Yeri gəlmişkən, bu geyim də eyni markaya aiddir. O, bütün dəstlərini saç aksessuarı və iri boyunbağılarla tamamlayıb. Sözsüz ki, bu da əbəs deyil. Axı, Məryəm qırmızı xalıda Hürrəm Sultanın daha müasir versiyasını canlandırmağa çalışırdı. Və bu, onda çox uğurlu alınıb.
1 milyon dollarlıq ləl-cəvahiratla göz qamaşdıran Uzerli qırmızı xalıda əsl sərvət daşıyıb. Hər iki markadan reklam üçün 125 min avro (təxminən 234 min manat) qonorar alaraq Venesiyada həm ziyarət, həm ticarət edib.
Aktrisanın bütün stilləri üzərində görkəmli stilist Samuel Sohebi çalışıb.
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin227 Oktyabr 20:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya27 Oktyabr 19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü


















.png)

.jpg)
















