Digər
Meksikada bir şəhərdə 20 cəsəd aşkarlandı
Meksikanın Miçoakan ştatında cümə axşamı 20 nəfərin cəsədi aşkar edilib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ştatın təhlükəsizlik naziri İsrael Patron bildirib.
Patronun sözlərinə görə, cəsədlər Uruapan şəhərinin üç müxtəlif yerində tapılıb. Həmçinin, aralarında iki qadın olmaqla, doqquz nəfər körpüdə asılmışdı. Bundan başqa, daha yeddi bədən parçalanmış halda tapılıb. Qurbanlardan bəzilərinin bədənlərində güllə izləri görülüb.
Qeyd edək ki, son illərdə ABŞ-a kokain tranziti üzərində nəzarət uğrunda narkoartellərin qarşıdurması nəticəsində Meksikada zorakılıq dalğası güclənib. Meksikada 2018-ci ildə qətllərin rekord sayı qeydə alınıb. Təhlükəsizlik Nazirliyinin məlumatına görə, ötən il 33,34 mindən çox qətl hadisəsi baş verib. Bu göstərici 2017-ci ildə 31,2 min idi.
Miçoakan Cənubi Amerikadan ABŞ-a narkotiklərin göndərilməsində əsas ştatlardan biri hesab edilir.
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar












.jpg)






.jpg)




















