Digər
Gündə 150 km sürətlə hərəkət edən növbəti bəla - BMT xəbərdarlıq edir
Şərqi Afrika ölkələri əvvəlkilərdən 20 qat böyük çəyirtkə istilası təhlükəsi ilə qarşı-qarşıyadır.
Publika.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı məlumat yayıb.
Bildirilib ki, yağışlı dövrdə gələcəyi gözlənilən çəyirtklərə qarşı dərmanlama prosesi aparılır.
Bu günə qədər 10 ölkədə 240 min hektarlıq sahə dərmanlanıb və 750 nəfərə nəzarət əməliyyatlarına dair təlimlər verilib. Xüsusilə, Keniya, Efiopiya və Somalidə vəziyyət fövqəladədir. Həmçinin, Yəmən və İran torpaqları da təhlükə altındadır.
Aylardır Şərqi Afrika və Yaxın Şərq ölkələrindəki tarlalara zərər verən çəyirtkə sürüləri hər gün 150 km yol qət edə bilir. 1 kv/km-də 40-80 milyon çəyirtkə olur və 1 gündə 35 min insanın qidasını yeyə bilir.
Son rəqəmlərə görə, Afrika qitəsində 600 nəfər koronavirusdan dünyasını dəyişib.
Zümrüd
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
















.jpg)




















