Digər
Koronavirus onu da vurdu - Prezident səhiyyə nazirini qovdu
Braziliyanın Səhiyyə naziri Enrike Mandetta vəzifəsindən uzaqlaşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin dövlət başçısı Jair Bolsonaru qərar qəbul edib.
E.Mandetta tvitter hesabından verdiyi açıqlamada ona verilən fürsət üçün təşəkkürünü ifadə edib.
Qeyd edək ki, radikal sağçı prezidentlə keçmiş nazir arasında koronavirus pandemiyası ilə mübarizədə fikir ayrılığı var idi.
Bolsonaru pandemiyanın miqyasına ciddi yanaşmır, onu kiçik qrip epidemiyası adlandırır, karantin elan edən qubernatorları tənqid edir və Kovid-19-un müalicəsində hələ ki təsdiq edilməmiş dərmanların istifadəsini tövsiyə edirdi. Mandetta isə Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə bağlı xəbərdarlıqlarının diqqətə alınmasını müdafiə edirdi. O yerli mətbuata açıqlamasında 1-2 gün içində istefa ərizəsini yazacağını da demişdi.
210 milyon əhalisi olan Cənubi Amerika ölkəsində 1736 nəfər koronavirusdan dünyasını dəyişib. 28 min 320 nəfərdə virus aşkarlanıb.
Zümrüd
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)





















.jpg)

.jpg)