Digər
25 milyon insanın ölümünə səbəb olan xəstəlik Çində
Çinin Daxili Monqolustan Muxtar Vilayətində bubonik vəba yayılıb.
Publika.az xəbər verir ki, gəmirici heyvanlardan yoluxan xəstəlik səbəbilə daha bir nəfər vəfat edib.
Xanım Nur Şəhər Sağlamlıq Komissiyasının məlumatına görə, bu, bölgədə yaşanan ikinci ölümdür. Açıqlamada xəstəlik səbəbilə dünyasını dəyişən şəxsin yüksək temperatur ilə xəstəxanaya müraciət etdiyi, vəbanın səbəb olduğu orqan çatışmazlığı nəticəsində öldüyü bildirilib.
Xəstə ölməzdən əvvəl təmasda olduğu 7 nəfər təcrid edilib. Onların test nəticələri neqativ çıxıb.
Şəhərdə 3 nömrəli fövqəladə vəziyyət elan olunub. Qərar ilin sonuna qədər qüvvədə qalacaq.
Qeyd edək ki, bu həftə bubonik vəba səbəbilə ilk xəstə dünyasını dəyişmişdi.
"Qara ölüm" kimi də tanınan bubonik vəba orta əsrlərdə Avropada 25 milyon insanın ölümünə səbəb olub.
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ




































