Digər
Tokio Abenin dəfninə 2 milyon dollar xərcləyəcək
Yaponiya hökuməti keçmiş baş nazir Sindzo Abenin dövlət səviyyəsində dəfn mərasiminə təxminən 250 milyon ien (3 milyon 111 min AZN və ya 1 milyon 832 min dollar) xərcləyəcək.
Publika.az xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, dövlət dəfni ilə bağlı xərclərin yekun məbləği avqustun 26-da Nazirlər Kabinetinin iclasında təsdiqlənəcək. Bu pul binaların icarəsinə və koronavirusdan qorunma vasitələrə sərf olunacaq.
Yaponiya hökuməti Sindzo Abenin dövlət dəfn mərasiminə 6400 nəfərin qatılacağını gözləyir. Mərasimdə Fransa Prezidenti Emmanuel Makron, ABŞ-ın vitse-prezidenti Kamala Harris, ABŞ-ın keçmiş prezidenti Barak Obama və digər yüksək vəzifəli şəxslər iştirak etməlidir. “Kyodo” agentliyinin məlumatına görə, mərasimdə Hindistanın Baş naziri Narendra Modi də iştirak edəcək.
Sindzo Abenin dövlət dəfn mərasimi sentyabrın 27-nə təyin edilib. Qeyd edək ki, daha əvvəl “Nikkei” qəzeti Rusiya Prezidenti Vladimir Putinin mərasimdə iştirak etmək istəyəcəyi təqdirdə Yaponiyanın onu ölkəyə buraxmayacağı barədə məlumat yayıb. Sanksiyalara görə onun ölkəyə girişi qadağan edilib.
Sindzo Abe iyulun 8-də seçkiqabağə mitinqdə güllələnib. İyulun 12-də ailə üzvləri və yaxınları üçün Tokioda cənab Abe ilə özəl dəfn mərasimi keçirilib. Keçmiş baş nazirin cəsədi kremasiya edilib.
Səxavət
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)

























.jpg)


