Dünya
Saakaşvilinin partiyasının ofislərinə hücum olub
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin lider olduğu “Vahid Milli Hərəkat” Partiyasının altı ofisinə basqın olub.
Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisəyə görə bir nəfər saxlanılıb. Zərərçəkənlər haqqında informasiya yoxdur. Hadisə oktyabrın 19-da “Vahid Milli Hərəkat” Partiyasının Kutaisi, Qori, Batumi və Ozurqeti şəhərlərindəki ofislərində baş verib.
Oktyabrın 20-də isə partiyanın Poti şəhərindəki ofisinə təxminən 10 nəfər hücum edib. Ofis binasının üstünə yumurtalar və pomidorlar atılıb. Ofisdən polisə zəng vurulsa da, hadisəyə görə heç kəs saxlanılmayıb.
Qeyd edək ki, Mixail Saakaşvilinin tərəfdarlarını birləşdirən partiya 2012-ci ilin oktyabrına qədər iqtidarda idi. “Gürcü arzusu” koalisiyası parlament seçkilərində qalib gələrək Saakaşvilinin təxminən 10 illik iqtidarına son qoyub.
Ömər Dağlı
-
Hadisə10:50“Zelenoqrad Çikatilosu” öldürüldü: Qadın qatilini Ukrayna ordusu məhv etdi
-
Dünya10:30Trampa qarşı şok iddia: Çıxışlarından bir neçə saat əvvəl...
-
MDB09:24Dobnbas şaxtaları uğrunda döyüş: Rusiya strateji nöqtələri ələ keçirdi
-
İdman09:12Rəhim Həsənov niyə istefa vermir?
-
ABŞ09:00O da Tramp administrasiyasını tərk edir
-
Sosial08:12Ağdam şəhərinə daha 92 ailə yola salındı
-
Ekologiya07:55Azərbaycanın məşhur turizm bölgəsində dəhşətli mənzərə - Video
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
































