Dünya
İş adı ilə çağırdıqları qadını fahişəliyə vadar etdilər
Türkiyəyə xaricdən iş vədi ilə aldadıb İstanbula gətirdikləri qadınları fahişəliyə vadar edən cinayətkar qrup ələ keçib.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, Şişlidə bir şəbəkənin xaricdən iş vədi ilə aldadıb gətirdikləri qadınlara fahişəlik etdirdiyi xəbərindən sonra polislər əməliyyata başlayıblar.
Müştəri adı ilə polislər əlaqə saxladıqları şəbəkə üzvündən görüşmək üçün hara gəlmək lazım olduğunu öyrəniblər. Deyilən ünvana gələn polislər evdə 4 əcnəbi qadın müəyyən ediblər. Şişlidə belə başqa bir evdə isə 2 əcnəbi qadın fahişəlik edərkən ələ keçirilib.
Polisin istintaq əməliyyatı sonrası məlum olub ki, 6 qadından 5-i Türkmənistan vətəndaşı, biri isə özbəkdir.
Dindirilmə zamanı məlum olub ki, bu qadınlar öz ölkələrindən müxtəlif iş vədləri ilə Türkiyəyə dəvət edilsələr də, sonradan onları "bu işdə yaxşı pul var" adı ilə şirinikləndirib "fahişə şəbəkəsi" qurublarmış.
Onları bu əmələ sövq edən cinayətkar dəstə polislər tərəfindən saxlanılaraq barələrində cinayət işi açılıb.
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir





























.jpg)


