İŞİD Amerika tanklarını Rusiya raketi ilə məhv etdi
Bizi izləyin

Dünya

İŞİD Amerika tanklarını Rusiya raketi ilə məhv etdi

İŞİD terror qruplaşması Mosul yaxınlığında əks-hücumun gedişatında İraq ordusunun 47 ədəd “Abrams” tankını məhv edib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda terror qruplaşmasına yaxın internet-resurslarından biri bildirib.

İnternet-resursun verdiyi məlumatlara inansaq, İŞİD ümumilikdə müxtəlif dövrlərdə İraq ordusu və kürd silahlı birləşmələrinin 580 ədəd hərbi texnikasını, o cümlədən zirehli avtomobillər və piyada döyüş maşınlarını məhv edib.

Amma nə İraq ordusunun komandanlığı, nə də koalisiyası rəhbərliyi İŞİD-in məlumatını təsdiq edib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın “Lenta.ru” saytı İŞİD-in Amerika istehsalı olan “M1 Abrams” tanklarına qarşı Rusiya istehsalı olan “Kornet” tank əleyhinə raket kompleksindən istifadə etdiyini yazmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm