Putinə ağır zərbə - onun “Qara qutusu” ölü tapıldı
Bizi izləyin

Dünya

Putinə ağır zərbə - onun “Qara qutusu” ölü tapıldı

Rusiyanın “Rosneft” şirkətinin sahibi İqor Seçinin sağ qolu Oleq Erovinkin Moskvanın mərkəzində avtomobilində ölü tapılıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, "Rosneft"in mətbuat xidmətinin rəhbəri Mixail Leontiyev 61 yaşlı Erovinkinin ürək tutmasından öldüyünü bildirib.

Rusiya prezidenti Vladimir Putin “qara qutusu” hesab olunan Oleq Erovinkinin ABŞ dövlət katibi postuna namizədliyi irəli sürülən "Exxon Mobil" korporasiyasının başçısı Reks Tillersonla yaxşı əlaqələri var idi.

Erovinkinin ölümünün birbaşa Putinə mesaj olduğu və hadisənin arxasında ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) olduğu təxmin edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm