Dünya
“ABŞ vahid ölkə kimi qalmayacaq, əgər Rusiya...” - ŞOK XƏBƏRDARLIQ
“Rusiyanı cəzalandırmasaq, vahid ölkə kimi qala bilməyəcəyik”.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin respublikaçı senatoru Qrem Lindsi NBC telekanalının efirində deyib.
Senatorun sözlərinə görə, o, “min faiz” əmindir ki, Rusiya xüsusi xidmət orqanları Demokratlar Partiyasının qərargahı serverlərini və keçmiş dövlət katibi, prezidentliyə namizəd Hillari Klintonun elektron poçtunu qırıb.
Qrem qeyd edir ki, Amerika demokratiyasına təhdidin aradan qaldırılması üçün Rusiya cəzalandırmalıdır. O vurğulayıb ki, hakerlər seçkilərin nəticəsinə təsir edə bilməsə də, belə hərəkətləri cavabsız qoymaq olmaz.
Senator bildirib ki, Rusiyaya qarşı sanksiyaların yeni layihəsi hazırlanıb və onu hər iki partiya dəstəkləyir. O qeyd edib ki, layihəni prezidentə təqdim etmək niyyətindədirlər.
Qeyd edək ki, Lindsi Qrem Senatın silahlı qüvvələr komitəsinin sədri Con Makkeyn birlikdə anti-Rusiya cəbhəsinə rəhbərlik edir və Rusiyaya qarşı sanksiyaların hazırlanmasında xüsusi fəallıq göstərir.
Ömər Dağlı
-
İKT11:06Uşaqları sosial şəbəkələrdə necə qorumalı? - VİDEO
-
Region09:58Erməni müğənni Paşinyana qarşı çıxdı: "Qarabağ erməniləri ölkədə təqib olunurlar!"
-
Yaxın Şərq09:49İsrail yenidən genişmiqyaslı hərbi əməliyyatlara başladı
-
Sağlamlıq09:29Dəhşətli statistika - 40 milyon uşaq tütün məmulatından istifadə edir
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?



















.jpg)












