Dünya
Prezident Beynəlxalq Cinayət Məhkəməsinə verildi
Kolumbiya və Çilidən olan senatorlar qrupu Haaqa Beynəlxalq Cinayət Məhkəməsində Venesuela prezidenti Nikolas Maduroya qarşı iddia ilə çıxış ediblər.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, prezident işgəncələr və əhali barəsində seqreqasiyanın (əhalinin bir qrupunun cəmiyyətdən müəyyən əlamətlərə görə zorla ayrılması siyasəti. Dini və irqi diskriminasiyanın bir forması kimi qəbul edilir - red.) həyata keçirilməsində ittiham olunur.
Kolumbiya parlamentinin üzvü İvan Dukun sözlərinə görə, iddia Venesuela prezidenti tərəfindən törədilən mümkün cinayətləri təsvir edən 56 səhifədən ibarətdir.
Qeyd edək ki, aprelin əvvəlində - Ali Məhkəmənin parlamentin səlahiyyətlərini ciddi şəkildə məhdudlaşdırdıqdan sonra Venesuelada kütləvi etirazlar başlanıb. Qərar sonradan ləğv edilsə də, müxalifət tərəfdarları məhkəmə üzvlərinin istefası və növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə küçələrə çıxıblar. Son məlumatlara görə, etirazların gedişatında artıq 90-dan çox insan həlak olub.
Ömər Dağlı
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq



































