Dünya
Moskvanın yalanı ORTAYA ÇIXDI – Qara dənizin üzərində DƏHŞƏTLİ ANLAR - – VİDEO
ABŞ-ın Hərbi-Dəniz Qüvvələri Rusiyanın Su-27 qırıcısının Qara dənizin üzərində Amerikanın “EP-3 Aries” kəşfiyyatçı təyyarəsini ələ keçirdiyini göstərən bir neçə video dərc edib.
Publika.az xəbər verir ki, videolarda Su-27-nin çox yaxın məsafədən ələ keçirməni həyata keçirdiyi görünür.
ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin 67-ci operativ qrupunun komandanı Bill Elissanın sözlərinə görə, təyyarələrin qanadları arasında məsafə hətta 1,5 metrə qədər azaldılmışdı.
“Rusiya təyyarəsi üçün belə manevr təhlükəlidir. Ələ keçirən təyyarənin ən kiçik səhvi faciəli nəticələrə gətirib çıxara bilrədi”, - o söyləyib.
Xatırladaq ki, yanvarın 29-da Rusiyanın Müdafiə Nazirliyi təhlükəli ələ keçirməni təkzib edib.
“Ştatdankənar heç bir vəziyyət yaranmamışdı”, - nazirlikdə dəqiqləşdiriblər.
Bildirilib ki, tanınmamış obyekti müəyyən edən Rusiya qırıcısının pilotu onu müşayiət edib. Amerika KİV-inin iddiasına görə, kəşfiyyatçı təyyarə missiyanı vaxtından əvvəl tamamlamağa məcbur olub.
Ömər Dağlı
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)





















.jpg)
.jpg)

