Dünya
Əsəddən təhdid kimi HƏMLƏ - Türkiyənin təyyarələri VURULACAQ?
Suriya ordusu Hələb və İdlib əyalətlərində yeni hava hücumundan müdafiə sistemləri və zenit raketləri yerləşdirib.
Publika.az xəbər verir ki, bu haqda Suriya ordusundakı yüksək rütbəli hərbçilərdən biri “Röyters” agentliyinə bildirib.
Hava hücumundan müdafiə sistemləri və raketlərin Suriyanın şimalını əhatə etdiyini deyən hərbçi bunu “hər kəsə verilən mesaj” olaraq xarakterizə edib.
Xatırladaq ki, Dəməşq Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatının başlanmasından əvvəl Türkiyəni təhdid etmiş və Suriyanın hava məkanına daxil olacaq Türkiyə təyyarələrini vuracağını bildirmişdi.
“Suriyanın hava hücumundan müdafiə sistemləri ölkəyə hücum etmək istəyən Türkiyə təyyarələrini yox etməyə hazırdır”, - Suriyanın dövlət televiziyasına danışan ölkənin xarici işlər nazirinin müavini Faysal Mektad söyləmişdi.
Qeyd edək ki, “Zeytin budağı” əməliyyatının keçirildiyi Afrin Hələb vilayətinin bir hissəsini təşkil edir.
Ömər Dağlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
















.jpg)
















.jpg)
.jpg)

