Dünya
Trampın ən sadiq məsləhətçisi vəzifəsindən GEDİR
ABŞ prezidenti Donald Trampın prezident seçkiləri kampaniyasında mətbuat katibi olan, daha sonra vəzifəsinə Ağ Evin Mətbuatla Əlaqələr Direktoru kimi davam edən Hop Hiks istefa verəcək.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Sara Sanders məlumat yayıb.
Sözçü bildirib ki, H.Hiksin istefasının Təmsilçilər Məclisinin Kəşfiyyat Komitəsinə verdiyi ifadə ilə heç bir əlaqəsi yoxdur. Hiks komitəyə verdiyi ifadədə ABŞ prezidentinə bəzən kiçik yalanlar söylədiyini etiraf etmişdi.
Qeyd edək ki, 29 yaşlı Hop əvvəllər model olaraq fəaliyyət göstərib. O, D.Trampın ən uzun müddət vəzifədə olan məsləhətçisidir.
ABŞ prezidenti sadiq məsləhətçisi ilə bağlı verdiyi yazılı açıqlamada onun mükəmməl biri olduğunu deyib:
“Son üç ildə möhtəşəm işlər gördü. Zəkalı, düşüncəli və möhtəşəm xarakterlidir. Onun üçün darıxacam. Fərqli fürsətləri dəyərləndirmək istədiyini dedi, mən də anlayışla qarşıladım. Əminəm ki, gələcəkdə yenidən görüşəcəyik”.
Zümrüd
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir




















.jpg)













