Dünya
NATO və Avropa İttifaqının ən böyük tarixi səhvi - Qəddafi haqqında ŞOK SÖZLƏR
“Liviyada Qəddafi rejiminin devrilməsi Avropa İttifaqı və NATO-nun ən böyük səhvidir”.
Publika.az xəbər verir ki, bunu TASS-a Çin Xalq Respublikasının Afrika məsələləri üzrə ilk xüsusi nümayəndəsi, “Tayxe” Analitik Mərkəzinin eksperti Lyu Quytzin deyib.
Eskpert Müəmmər Qəddafini ədalətli siyasi mövqe müdafiə edən bir siyasi xadim adlandırıb: “Aİ ölkələri NATO-nun dəstəyi ilə Liviyada "ərəb baharı"nın tərəfdarı olmaqla və ölkə lideri Muammer Qəddafinin vəhşicəsinə sui-qəsdini təbliğ etməklə ağır bir səhvə yol verdilər. Qəddafiyə ədalətli siyasi xadim idi. Bu liderlə Liviyada müxtəlif problemlər yaşandı, ancaq Liviya xalqı heç ac qalmadı, yaxşı və sakit bir həyat keçirdi. Qərb Liviya müxalifətini dəstəkləyərək Qəddafini bəyənmədi və onu hakimiyyətdə görmək istəmədi.
Nəticədə Liviya müharibə və qanlı xaosa hələ də ev sahibliyi edir. Bu da Avropaya qaçqınların kütləvi axınına səbəb olmaq kimi böyük problemlər yaradır.
Lyu Qyutzinin sözlərinə görə, Qəddafi müsbət keyfiyyətlərlə yanaşı, bir sıra fərqli cəhətlərə də sahib idi: “O, özünü Afrikanın patronu hesab edirdi və onun fikrini hər zaman dinləməyi, ona xüsusi hörmət göstərməyin lazım olduğunu söyləyirdi. Əslində, Liviya qitədə heç vaxt bu qədər güclü olmamışdı. Qəddafi çoxqütblü və çox vaxt gözlənilməz addımlar atan bir insan idi. Bu da onun günahı oldu”.
Avropa İttifaqı qaçqınların kütləvi axınına öz töhfəsini verdi və indi bu problemi həll etmək məcburiyyətindədir.
1969-cu ildə monarxiya quruluşunu devirərək "Üçüncü dünya nəzəriyyəsini" (Cəmahiriyyə) irəli sürən və fikirlərini üç hissədən ibarət "Yaşıl kitab"da ifadə edən Qəddafi NATO-nun köməyilə üsyançılar tərəfindən 2011-ci ildə Sirt şəhərində vəhşicəsinə öldürülüb.
Zümrüd
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı









.webp)






















.jpg)
.jpg)

.jpg)