Dünya
Koronavirusun daha bir simptomu üzə çıxdı: Hər 30 xəstədən biri...
Yeni tip koronavirusun daha bir simptomu aşkarlanıb.
Publika.az xəbər verir ki, amerikalı həkimlər xalq arasında "qırmızı göz xəstəliyi" adlandırılan kornea toxuması iltihabının koronavirusun yeni simptomu ola biləcəyini açıqlayıb. Bir neçə xəstə üzərində aparılan müşahidələr nəticəsində bu qənaətə gələn ABŞ Oftalmologiya Akademiyasının həkimləri hər 30 xəstədən 1-də bu əlamətin biruzə verdiyini bildiriblər.
Çindəki 30 xəstəxanadan toplanan bilgilərə əsasən aparılan araşdırmalar zamanı 1099 xəstədən 19-da göz iltihabının olduğu üzə çıxıb. Akademiya açıqlayıb ki, sadəcə Kovid-19 kornea toxuması iltihabının səbəbi ola bilməz. Bundan başqa, bu simptoma əsasən, göz iltihabının aşkarlandığı xəstənin koronavirus dayışıyıcısı olduğundan ilk olaraq oftalmoloqlar şübhələnə bilər.
Qırmızı göz xəstəliyi nədir?
Qırmızı göz xəstəliyi gözün ağlı qişasını örtən şəffaf toxumanın və göz qapaqlarının içinin iltihablanmasıdır. Bu durum da göz içinin qanlanmasına yol açır. Koronavirusun bilinən simptomları: Quru öskürək: Virus aşağı və yuxarı tənəffüs yollarına təsir edir. Buna görə də ən çox adı çəkilən simptoma rast gəlinir. Yüksək qızdırma: Virusun orqanizmə verdiyi zərər səbəbilə qızdırma kəskin qalxır. Boğaz ağrısı: Tənəffüs yollarına keçən virus qaldığı bölgədə ağrıya səbəb olur. Bu da qıcıq yaradır. Tənəffüs çatışmazlığı: Xəstəliyin ölümcül nəticələrə gətirib çıxarmasında ən böyük rol oynayan simptom. Xüsusilə, tənəffüs yollarında problemi olan xəstələr daha tez dünyasını dəyişə bilər. Yorğunluq: Virusun orqanizmdə yaratdığı ümumi vəziyyət səbəbilə xəstə özünü yorğun hiss edə bilər. Sümük və əzələ ağrılarının baş qaldırması mümkündür. Başağrısı: Yuxarı tənəffüs yollarına təsir edən virus tənəffüs çatışmazlığı, boğaz ağrısı və digər simptomlara görə başağrısı verə bilər. İshal: Virusun ən az rast gəlinən simptomu ishaldır. Qoxu və dad hissinin itirilməsi: Almaniya alimləri COVID-19-a yoluxan insanların üçdə-ikisində bir müddət sonra qoxu və dadbilmə hissinin itdiyini açıqlayıb.
Zümrüd
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO


































