Dünya
Ərdoğan: "ABŞ-la Türkiyə arasında yeni mərhələ başlaya bilər"
"ABŞ-la Türkiyə arasında yeni mərhələ başlaya bilər".
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcab Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla baş tutan telefon danışığına toxunaraq deyib.
"ABŞ-a qaçan Fətullahçı terror təşkilatı (FETÖ) mənsublarının adlarını verdik. O da "göndərdiyiniz məlumatları alacağam, lazım gələn fəaliyyətləri aparacağam" dedi", - deyə Ərdoğan bildirib.
Prezident telefon danışığı zamanı ikitərəfli münasibətlərlə yanaşı Liviya böhranı başda olmaqla regional mövzular ətrafında fikir mübadiləsi apardıqlarını söyləyib.
Türkiyə lideri Liviyadakı vəziyyətlə əlaqədar Rusiya prezidenti Vladimir Putinlə də danışacağını deyib.
Son günlərdə Yunanıstandan Ayasofiya mövzusunda səslənən sözlərə də sərt reaksiya verən prezident "Deyirlər Ayasofiyanı məscid etməyin, Türkiyəni sizmi idarə edirsiniz, bizmi idarə edirik? Özünüzə gəlin. Həddini bilməyəcəyin təqdirdə Türkiyənin nə edəcəyi məlumdur" deyib.
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq



































