Dünya
8 milyon nəfərin təxliyəsi tələb olunur - DƏHŞƏTLİ FƏLAKƏT GƏLİR
Yaponiyada “Hayşen” tayfunu ölkənin Kyuşu bölgəsini tamamilə təsiri altına alıb.
Publika.az xəbər verir ki, bu səbəbdən 8 milyon sakinin təxliyəsi tələb olunur.
“Kyodo” agentliyinin məlumatına görə, bölgənin şimalındakı Fukuoka, Kumamoto, Naqasaki, Oita, Saqa və cənubundakı Kaqoşima, Miyasaki, Okinava əyalətlərində təxliyə çağırışları edilib.
Meteorologiya Agentliyi səlahiyyətli şəxsləri leysan yağışları, güclü külək, fırtına dalğalarına qarşı tədbir görməyə çağırıb.
Hazırda 4 əyalətdə 17 nəfərin xəsarət aldığı bilgisi var. 142 min evdə elektrik enerjisi kəsilib.
Miyasaki bələdiyyəsi təcili sığınacaq mərkəzlərinin 50% olduğunu, koronavirus pandemiyasına görə daha çox insan qəbul edə bilməyəcəklərini açıqlayıb.
İnfrastruktur Nazirliyi daşqınlara qarşı 11 əyalətin 73 anbarını boşaltdıqlarını bildirib.
“Toyota”, “Nissan” və “Sony” firmaları işçilərin təhlükəsizliyi üçün istehsal müəssisələrini müvəqqəti olaraq bağlayıb.
“All Nippon Airways” hava yolları bölgədə 300-dən çox reysi təxirə salıb. Kyuşu və Qərbi Yaponiya Dəmir Yolları bəzi nöqtələrdə qatar səfərlərinin müvəqqəti dayandırılacağını elan edib.
Tayfunun həftəiçi Koreya yarımadasına doğru irəliləyəcəyi proqnozlaşdırılır.
Zümrüd
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...













.jpg)


















.jpg)


