Dünya
Hindistanda "rəng festivalı" FACİƏYƏ ÇEVRİLDİ: 41 ölü, 38 yaralı
Hindistanda koronavirus əleyhinə bir sıra tədbirlər və məhdudiylyətlərə baxmayaraq qeyd olunan “Holi” festivalında sıxlıq səbəbiylə 41 nəfər həyatını itirib.
Publika.az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.
Bildirilib ki, Bihar ştatında “Holi” festivalı zamanı iki sutka ərzində baş vermiş qəzalar və şiddət hadisələrində 3-ü uşaq olmaqla 41 nəfər ölüb, 38 nəfər yaralanıb.
Qeyd edək ki, Hindistanda xalq bir çox əyalətdə koronavirusa qarşı tətbiq edilən tədbirlərə məhəl qoymayaraq ənənəvi bahar festivalı "Holi"-ni qeyd etmək üçün küçələrə axışıb.
Hinistanlılar arasında yaxşılığın şər üzərində qələbəsini təmsil edən "Holi" şənlikləri eyni zamanda qışın bitməsini və baharın başlanğıcını müjdələyir.
Yerli xalq “Holi” festivalının ərəfəsində tonqal yandıraraq müxtəlif dini ayinlər icra edir. Festival günü isə bir-birlərini isladırlar və rəngli tozlar atırlar. Bu səbəbdən “Holi” bir çox ölkədə "rəng festivalı" kimi tanınır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
















.jpg)
















.jpg)
.jpg)

