Dünya
Bu ölkədə koronavirusun yeni ştammı AŞKARLANDI
İngiltərənin Yorkşir şəhərində koronavirusun yeni ştammı aşkar edilib, onun bilinən variantlardan daha çox yoluxucu olduğuna dair dəlil yoxdur.
Publika.az xəbər verir ki, bu barədə Şeffild Səhiyyə İdarəsinin rəhbəri Qreg Fell bildirib.
“VUI-21MAY-01 ştammının yayılmasını izləyirik və digər hallarda etdiyimiz kimi, epidemiyanı ehtiyatla lokallaşdırırıq. Bu ştammın Britaniyada və ya digər ölkələrdə əvvəllər aşkar edilmiş ştamlardan daha çox yoluxucu olmasına dair heç bir dəlil yoxdur, həmçinin istifadə olunan vaksinlərin ona qarşı daha az effektiv ola biləcəyinə dair heç bir dəlil yoxdur”, - Fell jurnalistlərə deyib.
O, insanlardan təşvişə düşməməyi xahiş edib və tövsiyə olunan sanitar tədbirlərin yoluxma ehtimalını azaltmaq üçün yetərli olduğunu söyləyib.
Fellin sözlərinə görə, indiyə qədər yeni ştamm ilə 49 yoluxma hadisəsi aşkarlanıb. Onların hamısı Yorkşirdə və Hamber bölgəsində (Yorkşirin şərqi ilə həmsərhəddir) qeydə alınıb. / "Report"
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)





















.jpg)
.jpg)

