Dünya
Bu ölkənin Baş naziri İSTEFA VERDİ - FOTO
Malayziyanın Baş naziri Muhiddin Yassin koronavirus pandemiyasının qarşısının alınmasında hökumətin zəif fəaliyyətindən artan narazılıqlar fonunda istefa verməyə məcbur olub.
Publika.az xəbər verir ki, Baş nazir bununla bağlı müraciəti Malayziyanın Ali hökmdarına – Krala təqdim edib. Baş nazirlə birlikdə onun kabinetinin bütün üzvlərinin istefa verdiyi bildirilir.
Malayziyanın Kralı Muhiddin Yassinin istefa barədə müraciətini qəbul etsə də, hökumətin yeni başçısı seçilənədək Baş nazir funksiyalarının ona həvalə olunduğunu bildirib.
Televiziya vasitəsilə xalqa müraciət edən M.Yassin bildirib ki, parlamentin ona olan inamını itirdiyinə görə istefa verib. Həmçinin əlavə edib ki, istefanın kökündə, həm də koalisiya hökumətinin müxtəlif üzvlərinin dəstəkdən imtina etmələri dayanır.
Qeyd edək ki, ötən ilin əvvəllərində həmin vaxt hökumətə rəhbərlik edən Baş nazir Mahathir Məhəmmədin vəzifədən istefa verməsi ölkədə siyasi böhrana səbəb olub. O, həmin vaxt “Ümid alyansı” Partiyasının sədi vəzifəsini də tərk edib. Ölkədə mövcud olan ənənələrin ziddinə olaraq həmin vaxt Ali hökmdar- Kral müstəqil şəkildə Muhiddin Yassini yeni Baş nazir təyin edib.
Lakin M.Yassin bu vəzifədə xalqın əsas hissəsi tərəfindən dəstəklənmədiyinə və bir sıra səhvlərə yol verdiyinə görə böyük uğur qazana bilməyib.
Malayziya iyun ayından koronavirus pandemiyasının qarşısını almaq üçün izolyasiya şəraitində yaşayır. Hökumət həm iqtisadi fəaliyyəti, həm insanların hərəkətini sərt şəkildə məhdudlaşdırıb.
Lakin bu tədbirlər virusun yayılmasının qarşını ala bilməyib və cari ayın əvvəllərindən hər gün təqribən 20 min yoluxma halı qeydə alınıb.
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var




























.png)


.jpg)



