Dünya
Savaş başlayarsa, Rusiyanın BU ŞƏHƏRİ hədəf olacaq - ABŞ nəşrindən ŞOK
Qərb ölkələri NATO ilə Rusiya arasında silahlı münaqişə baş verəcəyi təqdirdə Kalininqradın zərərsizləşdirilməsi planına əl ata bilər.
Publika.az xəbər verir ki, metod ABŞ-ın Leksinqton İnstitutunun analitiki Sara Uayt tərəfindən "19FortyFive" Amerika nəşri üçün açıqlanıb.
Nəşrdə qeyd edilib ki, "Polşa və Litva ilə həmsərhəd olan Rusiya yarımeklavı Şimali Atlantika Alyansına “çox baş ağrısı” verə bilər. Bölgə xüsusilə “İsgəndər-M” yüksək dəqiqlikli operativ-taktiki raket sistemi və qanadlı raketləri olan qırıcılarla yaxşı silahlanıb. Həmçinin, Kalininqrad bölgəsi Rusiya Hərbi Dəniz Qüvvələrinin vətənidir və bu təhlükə aradan qaldırılmalıdır".
Analitikin fikrincə, müharibə olacağı təqdirdə regionun zərərsizləşdirilməsi işi NATO-nun qonşuları olan Polşa və Litvaya həvalə edilə bilər, lakin bunu etmək asan olmayacaq. Ona görə də Avropa dövlətləri təcili olaraq öz ərazilərində Rusiya silahları ilə mübarizə apara bilən sistemlər yerləşdirməklə hava hücumundan müdafiə sistemlərini və silahlarını gücləndirməlidirlər. Analitik əmindir ki, Amerikanın "Patriot" zenit sistemləri (SAM), M1 Abrams tankları və beşinci nəsil F-35 "Lightning" II təyyarələrinin alınması effektiv olacaq.
Müəllif əlavə edib ki, Litvanın belə bahalı silahlara gücü çatmır, lakin o, raket əleyhinə müdafiə sistemləri quraşdırmalıdır.
Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Polşa və Baltikyanı ölkələrin sərhədlərdə 30 mindən çox əsgər, hərbi texnika və silah cəmləşdirdiyini açıqlamışdı. Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov bildirib ki, NATO qüvvələrinin İttifaq dövlətinin sərhədlərinə köçürülməsi təsirsiz ötüşməyəcək.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
























.jpg)






.jpg)


