Dünya
O, Ukraynanın "qoruyucu mələyi"dir - Poroşenko
ABŞ və Böyük Britaniyanın rolunu yüksək qiymətləndirirəm, lakin Ukrayna üçün ən vacib olanı Avropa Birliyinin dəstəyidir.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib.
"İlk növbədə mən ABŞ-ın rolunu yüksək qiymətləndirirəm. Oktyabrda rus qoşunlarının sərhəddə təhlükəli hərəkətləri ilə bağlı ilk məlumatları bizə Amerika kəşfiyyat xidmətləri verdi. Mən Böyük Britaniyaya və Kiyevdə qonaq olan dostum Boris Consona da minnətdaram. Amma bizim üçün ən önəmlisi Avropa Birliyinin dəstəyidir", - Poroşenko vurğulayıb.
Onun sözlərinə görə, Almaniya Ukrayna və Gürcüstanın AB-yə üzvlük perspektivləri baxımından əsas rol oynayır.
Almaniya və keçmiş kansler Angela Merkelin Ukrayna üçün "qoruyucu mələk kimi bir şey" olduğunu deyən Poroşenko Merkelin dəstəyi ilə 2014-cü ildə Ukrayna ilə Avropa Birliyi arasında assosiasiya sazişinin imzalandığını qeyd edib.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı































.jpg)

.jpg)