Dünya
Rus qırıcısı Avropanı təşvişə saldı: Bu ölkələrin paytaxtını vura bilər
Kalininqrad vilayətində görüntülənən MiQ-31K qırıcısı Avropanı təşvişə salıb.
Publika.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Jurnalistlər Kalininqrad vilayəti üzərində səmada “Kinjal” raketi olan MiQ-31K qırıcısının çəkildiyi videoya diqqət çəkiblər. Onlar bunu Rusiyadan gələn “qisas təhlükəsi” kimi dəyərləndiriblər. Görüntülər MiQ-31-in Çkalovsk aerodromuna eniş etdiyi an çəkilib. Materialın müəllifləri qeyd ediblər ki, qırıcıda “Kinjal”a bənzəyən raket olub.
“Forbes” vurğulayıb ki, Rusiyanın Baltikyanı ölkələrdə hipersəs raketləri yerləşdirməsi NATO üçün məqsədyönlü xəbərdarlıq ola bilər. Nəşr hərbi analitik Rob Liyə istinadən qeyd edib ki, “Kinjal” raketləri Baltikyanı ölkələrdən buraxılarsa, onlar Qərb ölkələrinin paytaxtlarının əksəriyyətinə 7-10 dəqiqəyə çata biləcəklər.
“Nüvə yükü ilə təchiz edildiyi zaman “Kinjal”ların gücü Xirosimaya atılan bombanın gücündən onlarla dəfə böyük olur. Kalininqrad yaxınlığında raketlərin ilkin yerləşdirilməsi Rusiyanın ABŞ ordusunun Polşaya hərbi sursat təhvil verilməsinə cavabı olacaq” - xəbərdə qeyd olunub.
Daha əvvəl bildirilmişdi ki, Rusiya və Belarus “Müttəfiqlərin qətiyyəti - 2022” təlimləri üçün qoşun qruplarının yaradılmasını başa çatdırıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
























.jpg)






.jpg)


