Dünya
Qaluşenkodan HƏYƏCAN TƏBİLİ: "Ən böyük texnogen fəlakətin astanasındayıq" - VİDEO
Video əlavə olunub.
xxx
"Biz bəşəriyyət tarixində ən böyük texnogen fəlakətin astanasındayıq".
Publika.az">Publika.az UNIAN-a istinadla xəbər verir ki, bunu Ukraynanın Energetika naziri German Qaluşenko deyib.
"Təcavüzkar Ukraynaya sarsıdıcı zərbələr endirməkdə davam edir. Onun qarşısını minlərlə insan tələfatı və faciələr dayandırmır. Bu gün o, bütün dünyanı məhv etmək istəyir. O, bu cür hərəkətlərin fəlakətli nəticələrini tam başa düşərək, Avropanın ən böyük Zaporojye atom elektrik stansiyasının enerji bloklarına Tanklardan, qradlardan və digər ağır artilleriyadan dəqiq atəş açır", - Qaluşenko bildirib.
O əlavə edib ki, stansiyanın ərazisində döyüş davam edir, yanğın genişlənir:
"Bu, məhvetmə müharibəsidir, bəşəriyyətin və planetimizin məhvidir. Düşmən nüvə və radiasiya təhlükəsizliyinə əhəmiyyət vermir. O, ukraynalıların, avropalıların və öz vətəndaşlarının həyatına biganədir".
Qaluşenko onu da qeyd edib ki, bir neçə gündür Ukrayna bu tezisi Beynəlxalq Atom Enerjisi Agentliyinə çatdırmağa çalışır.
"Biz bu beynəlxalq təşkilatın müdaxiləsini və təcavüzkara qarşı sərt qərarlar qəbul etməyi tələb etdik. Amma hələlik belə bir şey yoxdur", - Qaluşenko bildirib.
O əlavə edib ki, Ukrayna həm də baş verən hadisələrin peşəkar qiymətləndirilməsini deyil, həm də real müdaxiləni, NATO və nüvə silahına malik ölkələrdən ən sərt tədbirlərin görülməsini tələb edir.
-
Dünya21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO












.jpg)






















