Dünya
Bu ölkədə "Zoom"la evlənməyə icazə verildi
Ukrayna Ədliyyə Nazirliyi müharibə dövründə nikah prosedurunu sadələşdirib və nikahı onlayn qaydada - "Zoom" proqramı vasitəsilə rəsmiləşdirməyə icazə verib.
Publika.az xəbər verir ki, bunu Ukraynanın ədliyyə nazirinin müavini Valeriya Kolomiets bildirib.
Nazir müavini qeyd edib ki, nikahın qeydiyyatı hərbi əməliyyatların olmadığı ərazidə qeydiyyat idarəsinin istənilən orqanında aparıla bilər. Eyni zamanda müəyyən şərtlər daxilində nikahları təkcə qeydiyyat idarəsinin əməkdaşları deyil, həm də polis və hərbçilər də qeydiyyata ala bilər: "İndiki şərait ona gətirib çıxarır ki, insanların bəzən gözləmək imkanı olmur. Çünki biz hamımız elə şəraitdə oluruq ki, sabah və hətta bu gecə axşam nə olacağını bilmirik. Ona görə də indi müraciət etmək və nikahı bir gündə rəsmiləşdirmək mümkündür. İstəklərini bildirmiş insanlar gün ərzində evlənə bilərlər".
V.Kolomiets əlavə edib ki, ölkəni müdafiə edənlər üçün məsafədən evlilik də nəzərdə tutulub.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 22 min ukraynalı cütlük evlənib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
















.jpg)
















.jpg)
.jpg)

