Dünya
Daha bir rusiyalı milyoner arvadı ilə qızını öldürüb intihar etdi - FOTO
Rusiyanın “Novatek” qaz şirkətinin keçmiş top meneceri Sergey Protosenya və ailə üzvləri İspaniyada ölü tapılıb.
Publika.azxəbər verir ki, bu barədə İspaniya mətbuatı yazıb.
Məlumata görə, aprelin 19-da Lloret de Marda üç nəfərin cəsədi tapılıb. Hüquq-mühafizə orqanları onların kimliyini açıqlamayıb. Bununla belə, “Catalunya Diari” qəzeti ölənlərin Sergey Protosenya, onun 53 yaşlı həyat yoldaşı və 15 yaşlı qızı olduğunu iddia edib.
Keçmiş top-menecerin 400 milyon avro sərvətə malik olduğu və adətən Fransada yaşadığı bildirilir. Ailə Pasxa bayramı üçün İspaniyaya gəlib. Qohumlardan biri polisə xəbər verib ki, onlarla əlaqə kəsilib. Onların yaşadığı yerə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları üç meyit tapıblar: ikisi otaqda, biri isə bağda.
Belə bir versiya var ki, Protosenya həyat yoldaşı və qızını yatarkən bıçaqlayıb, sonra isə intihar edib. Yerli polis cinayətdə mafiyanın iştirakını araşdırır.
TASS-ın müxbiri Kataloniya hüquq-mühafizə orqanlarının mətbuat xidməti ilə əlaqə saxlasa da, onlar istintaqa istinad edərək ölənlərin adını çəkməkdən imtina ediblər. Onlar da hadisənin ilk versiyasını, yəni intihar şübhəsini nəzərdən keçirdiklərini bildiriblər.
Xatırladaq ki, aprelin 18-i "Qazprombank"ın keçmiş vitse-prezidenti Vladislav Avayev həyat yoldaşı və uşağını yaşayış binasında qətlə yetirdikdən sonra intihar etmişdi.
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı












.jpg)




_(1).webp)


















