Dünya
Mariupol ələ keçirildi, qorxunc faktlar üzə çıxdı: Cəsədləri zibil maşınları ilə... - FOTO
58 gündür fasiləsiz bombalanan yerlərdən biri olan Mariupol dünən Rusiyanın nəzarətinə keçib. Bu gün isə şəhərdən dəhşətli görüntülər üzə çıxıb.
Publika.az Teleqraf.com xəbər verir ki, günlərdir Rusiyanın mühasirəsində olan Ukraynanın Mariupol şəhərində qazılan kütləvi məzarlıqlar ABŞ-ın peyk şirkəti MAXAR tərəfindən müxtəlif tarixlərdə çəkilmiş fotoşəkilləri ilə aşkar edilib.
MAXAR-ın 19 mart - 3 aprel tarixləri arasında Mariupoldan təxminən 20 kilometr qərbdə yerləşən Manxuş kəndində çəkdiyi peyk fotoşəkilləri müqayisə edilərkən, orada tapılan kütləvi məzarlıqların 23-26 mart tarixləri arasında genişlənməyə başladığı üzə çıxıb.

Kənddəki mövcud qəbiristanlığın yaxınlığında kütləvi məzarlıqların qazıldığı görülüb.
“Qəbirlər dörd cərgədə düzülüb və 200-dən çox yeni qəbirdən ibarətdir”, - MAXAR-ın açıqlamasında bildirilib.
Mariupol Şəhər Şurasından verilən açıqlamada da bu məsələyə diqqət çəklilib:
“İşğalçılar təxminən 30 metr uzunluğunda xəndəklər qazırlar və cəsədləri ora gətirmək üçün zibil maşınlarından istifadə edirlər. Təxminən 80 il əvvəl nasistlər Aqrobaza kəndində 12 min Mariupol sakinini güllələyərək öldürmüşdülər. Manxuş yaxınlığında. 13 kilometrə qədər. Tarix təkrarlanır. Alman faşistlərini ruslar əvəzləyib”.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır

































