Dünya
İsveçin NATO-ya daxil olması BU TARİXDƏ təsdiqlənəcək
ABŞ-ın İsveçin NATO-ya üzvlük ərizəsini ratifikasiya etmək üçün avqusta qədər vaxtı olacaq.
Publika.az xəbər verir ki, bu barədə Stokholma səfəri zamanı Respublikaçılar Partiyasının ABŞ Konqresindəki nümayəndəsi Mitç Makkonel bildirib.
“İsveçin NATO-ya müraciətini gözləyərkən, aydın sual ona baxılmasının nə qədər vaxt aparacağıdır. ABŞ-da biz bunu əvvəlki müraciətlərdən daha sürətli edəcəyik və ümid edirik ki, avqusta qədər bunu təsdiqləyə biləcəyik. Digər NATO üzvü olan ölkələr bunu daha sürətli edə bilər. Əminik ki, bu həm Senatda, həm də Nümayəndələr Palatasında təsdiqlənəcək”, - deyə o qeyd edib.
Amerikalı siyasətçinin fikrincə, Finlandiya və İsveçin NATO-ya qoşulması üçün “ABŞ müqaviləni ratifikasiya etmək üçün birinci sırada olmalıdır”, çünki bu şimal ölkələri alyansın “hərbi və strateji gücünə töhfə verəcək”.
Senatorlar Syuzan Kollinz, Con Barrasso, Con Kornin də İsveçə səfər ediblər. Onlar İsveçin baş naziri Maqdalena Anderson və müdafiə naziri Peter Hultkvistlə görüşüblər. Andersonun Tvitterdə qeyd etdiyi kimi, tərəflər Ukraynadakı vəziyyəti, transatlantik əməkdaşlıq və İsveçin təhlükəsizlik siyasətinin seçimini müzakirə ediblər.
İsveçin hakim Sosial Demokrat İşçi Partiyasının rəhbərliyi ötən gün keçirilən iclasda krallığın NATO-ya daxil olmasını dəstəkləyib. Xarici İşlər naziri Ann Lindenin sözlərinə görə, bu addıma səbəb Rusiyanın Ukraynada apardığı müharibə olub və bu, “İsveçdə və bütövlükdə Avropada təhlükəsizlik vəziyyətini pisləşdirib”.
Qeyd edək ki, alyansa qoşulma ilə bağlı müzakirələr parlamentdə mayın 16-da keçiriləcək - hazırda NATO-ya üzvlüyün lehinə səslərin mütləq əksəriyyəti var, 8 partiyadan 6-sı belə bir addımı dəstəkləyir. Krallıq sənədləri mayın 17-də Brüsselə göndərə bilər.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı












.jpg)



















.jpg)

.jpg)