Dünya
Rusiya prezidentliyinə ƏN CİDDİ NAMİZƏD: "Bu, onun iradəsindən asılıdır"
"Rusiya Federasiyasında prezident Vladimir Putini əvəz edə biləcək bir adam var. O, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevdir".
Publika.az">Publika.az xəbər verir ki, bunu Putinin keçmiş dostu Sergey Puqaçov ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində deyib.
"Əlbəttə var (red: Putini əvəz edə biləcək bir adam). Sadəcə olaraq, ətrafda, məncə, aşağı başlanğıcda olan çoxlu insanlar var. Amma belə xüsusilə parlaq biri var. Mən görürəm ki, Patruşev bu gün çox fəaldır. Qəzetlərdə məqalələr yazır və sairə...", - Puqaçov qeyd edib.
Onun sözlərinə görə, əvvəllər kimin prezident kürsüsünə keçəcəyi Putinin özünün iradəsindən asılı idi və ona görə də Medvedev meydana çıxdı (red: Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, 2008-ci ilin mayından 2012-ci ilin may ayına kimi Rusiya prezidenti olub). Bu gün isə iddialı şəxsin iradəsindən asılıdır.
“Və əslində ən ciddi iddiaçı güc blokuna nəzarət edən şəxs, əlbəttə ki, Patruşevdir", - deyə keçmiş bankir əlavə edib.
Bundan öncə Rusiya KİV-i yazırdı ki, Rusiya elitaları arasında Rusiya ilə Ukrayna arasında gedən müharibəyə görə şəxsən Vladimir Putindən narazı olanlar çoxdur və prezidentin xələfi ola biləcək fiqurlar Kremldə gizli müzakirə olunur.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı












.jpg)



















.jpg)

.jpg)