Dünya
Rusiya “İsgəndər” və “Pantsir”ləri Belarusla sərhədə yığdı
Rusiya Silahlı Qüvvələri Belarusda - Ukrayna ilə sərhədə “İsgəndər-M” əməliyyat-taktiki raket sistemini, “Pantsir-S1” və S-400 zenit-raket kompleksləri və operativ-taktiki aviasiya təyyarələrini yerləşdirib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk istiqamətlərində rusların 7 hücumunu dəf edib, 4 tankı, 3 artilleriya sistemini, 8 zirehli döyüş maşını və 3 texnikasını məhv edib. Hava hücumundan müdafiə bölmələri Ka-52 döyüş helikopterini və PUA-nı vurub.
Bildirilib ki, Volın və Polesye istiqamətlərində vəziyyətdə ciddi dəyişiklik yoxdur: “Severski istiqamətində isə düşmən Ukrayna-Rusiya sərhədinin Bryansk və Kursk vilayətlərindəki hissəsini ciddi şəkildə qoruyur. Sərhəd bölgələrində mövcud olduqlarını nümayiş etdirmək üçün ayrı-ayrı düşmən bölmələri fəaliyyət göstərir, Çerniqov və Sumı rayonlarının infrastrukturunu atəşə tutur. Slobojanski istiqamətində düşmən top artilleriyasından, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən, minaatanlardan və tanklardan qüvvələrimizi atəşə tutmaqda davam edir. Ruslar hücuma dəstək olaraq nəqliyyat infrastrukturunu intensiv şəkildə bərpa edir və müvəqqəti işğal olunmuş ərazilərdə çaylar üzərindən ponton-dəmiryol keçidləri gətirir. Xarkov istiqamətində fəal müdafiə olunurlar, əsas səylər xətlərin saxlanmasına yönəldilir”.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi































.jpg)

.jpg)