Dünya
BMT-dən SOS: Cəhənnəm qapımızdadır
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru Devid Besli deyib.
O, bildirib ki, buna səbəb bütün dünyada ərzağın sürətlə bahalaşmasıdır.
Ədis-Əbəbədə çıxışında Besli qeyd edib ki, dünya qorxuducu qıtlıqla üzləşib. O, xüsusilə, Rusiya və Ukrayna taxılından asılı olan ölkələrdə vəziyyətin kəskin pisləşəcəyindən narahatlığını ifadə edib.
“Hələ Ukrayna böhranından öncə biz COVİD-19 pandemiyası və yanacağın qiymətinin qalxması ilə üzləşdik. Onda düşünürdük ki, bundan pis ola bilməz. Ancaq Ukraynada başlayan müharibə ondan da pisini üzə çıxardı”, - o, deyib.
“Quardian”ın məlumatına görə, Ukrayna hər il 400 milyon insanı təmin edən ərzaq məhsulları ixrac edir. Bu ölkə dünyadakı günəbaxan yağı istehlakının 42%-ni, qarğıdalının 16%-ni, buğdanın 9%-ni verir.
Beslinin sözlərinə görə, koronavirus, iqlim dəyişikliyi və Ukrayna müharibəsi səbəbindən dünyada aclıq çəkən insanların sayı 650 milyondan 810 milyona qalxıb.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO





























