Dünya
G7-dən Rusiyaya qarşı SƏRT GEDİŞ: tam qadağa qoyula bilər
G7-yə üzv ölkələr Rusiyadan neftin nəqlinə tam qadağa tətbiq etmək barədə düşünürlər.
Publika.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi öz rəsmi saytında məlumat yayıb.
“Biz Rusiyanın dəniz nefti və neft məhsullarının dünya üzrə daşınmasına imkan verən bütün xidmətlərə tam qadağa variantları da daxil olmaqla bir sıra yanaşmaları nəzərdən keçirməyə sadiq qalırıq”, - bəyanatda deyilir.
Bu qaydalara istisna beynəlxalq tərəfdaşlarla məsləhətləşərək razılaşdırılmış qiymətə və ya ondan aşağı qiymətə alınan “qara qızıl” olacaq.
Buna baxmayaraq, G7 başa düşür ki, beynəlxalq bazarda Rusiyanın enerji resurslarının həcminin azalmasından ən çox zərər çəkən “həssas ölkələr” olacaq. Bu səbəbdən də assosiasiya üzvləri aşağı və orta gəlirli ölkələr üçün mənfi iqtisadi təsirlərin və güzəştlərin azaldılması variantlarını da nəzərdən keçirirlər.
Qeyd olunub ki, G7 ölkələri Rusiya neftinin qiymətinə məhdudiyyət qoymaq niyyətindədir. Rusiya prezidenti Vladimir Putin artıq proqnozlaşdırıb ki, Rusiya Federasiyasından neftin alış qiymətinin məhdudlaşdırılması qaz bazarında vəziyyətin təkrarlanmasına gətirib çıxaracaq - yanacağın qiyməti rekord səviyyəyə qalxacaq.
Hüseyn İbadlı
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto






























.jpg)
