Dünya
LTIPS proqramına 50 gənc lider cəlb olunub - ICESCO
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malikin Beynəlxalq Gənclər Günü münasibətilə müraciəti yayılıb.
Publika.az bildirir ki, bu barədə Təşkilatın baş ofisindən məlumat verilib. Dünya gənclərini bu əlamətdar gün münasibətilə təbrik edən Baş direktor planetimizin xoşbəxt gələcəyinin məhz onların həmrəyliyindən asılı olduğunu deyib. O əlavə edib ki, ICESCO üzv ölkələrdə gənclərin təhsili, elmin və müasir texnologiyanın ən son nailiyyətlərini mənimsəməsi, qlobal taleyüklü məsələlərdə birlik nümayiş etdirməsi istiqamətində layihə və proqramlar həyata keçirir. Təşkilat tərəfindən gənc nəslin cəmiyyətdə rolunun artırılması, onların liderliyi üzrə 7 proqramın reallaşdırılması davam edir. Eyni zamanda, gənclər yaşlı nəslin təcrübəsindən də faydalanmalı, onların başladığı nəcib təşəbbüsləri davam etdirməlidirlər. Nəsillər arasında əlaqəni möhkəmləndirmək məqsədilə müxtəlif tədbirlər təşkil olunur.
Salim Əl-Malik bildirib ki, ötən il 30 nəfərin seçildiyi ICESCO-nun Sülh və Təhlükəsizlik üzrə Liderlərin Treninqi (LTIPS) proqramının gənclər arasında böyük maraq doğurduğu nəzərə alınaraq, bu il sözügedən təşəbbüsə üzv ölkələrdən 50 gənc lider cəlb olunub. Onlar təşkilatın gənc sülh elçisi statusunu daşıyırlar.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
















.webp)













.jpg)


